Azstandartinform logo

Haqqımızda

"AzSTANDARTİNFORM" Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında yaradılmışdır və idarəedilməsi Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna həvalə edilmişdir.

Hazırda "AzSTANDARTİNFORM" Məhdud Məsuliyyətli Cəmiyyətin əsas fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər aşağıdakılardan ibarətdir:

  • Standartlaşdırma sahəsində kataloqların, metodik təlimatların, dövri məlumatların nəşrinin və yayımının həyata keçirilməsi.
  • Standartlaşdırma sahəsində konsalting xidmətlərinin göstərilməsi
  • Standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konfransların, seminarların, təlimlərin və ixtisasartırma kurslarının təşkil edilməsi.
  • Texniki normativ sənədlərin satışının təşkil edilməsi.