Azstandartinform logo

Nailiyyətlərimiz

2013-cü ilin noyabr ayında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, "Azstandartinform" MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında  Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edən müqavilə imzalanmışdır. Layihə çərçivəsində ümumilikdə 1000-dən çox standartın hazırlanması və dövlət qeydiyyatına alınması planlaşdırılır.

 Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, "Azstandartinform" MMC  və "Sumqayıt Texnologiyalar Parkı" MMC arasında yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında elektrik kabelləri və plastik borulara tələbləri təyin edən yeni milli standartların hazırlanması üzrə müqavilə imzalanmışdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində hazırlanmış Peşə Standartlarının layihələrinin Azərbaycan Respublikasının Standartlaşdırma Sisteminə uyğunlaşdırılması məqsədilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, "Azstandartinform" MMC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında razılaşma əldə olunmuşdur. Razılaşmaya uyğun olaraq ilkin mərhələdə 200-ə yaxın peşə standartı Azərbaycan Respublikası Dövlət Standartlaşdırma Sisteminə uyğun olaraq hazırlanacaq və dövlət qeydiyyatına təqdim olunacaqdır. Ümumilikdə 1000-ə yaxın peşə standartlarının hazırlanması və dövlət qeydiyyatına təqdim olunması nəzərdə tutulur.

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında "AzSTANDARTİNFORM" MMC və Britaniya Standartlar İnstitutunun (BSİ) Xəzəryanı ölkələr üzrə tərəfdaşı "AQS Group" MMC arasında standartlaşdırma sahəsində Anlaşma Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində əməkdaşlıq aşağıdakı sahələri əhatə edir:

  1. Standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsi;
  2. Standartların hazırlanması və tətbiqi üzrə birgə tədbirlərin həyata keçirilməsi;
  3. Standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə təlimlərin birgə təşkil edilməsi.

2014-cü ilin yanvar ayında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında "AzSTANDARTİNFORM" MMC və Britaniya Standartlar İnstitutunun (BSİ) Xəzəryanı ölkələr üzrə tərəfdaşı "AQS Group" MMC-nin birgə  təşkilatçılığı ilə İSO 50001 "Enerji İdarəetmə Sistemləri" standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə Britaniya Standartlar İnstitutunun mütəxəssisinin iştirakı ilə təlimlər həyata keçirilmişdir.  Təlimlərdə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun mütəxəssisləri ilə yanaşı "mobil operator "Bakcell" MMC-nin mütəxəssisləridə iştirak etmişlər. Təlimləri müvəfəqiyyətlə bitirən iştirakçılar İSO 50001 "Enerji İdarəetmə Sistemləri" standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri haqqında Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunmuşlar.